Puqaçova səhhətindəki problemləri gizlətməyi dayandırır...

...Bu yaxınlarda Alla Puqaçova ailəsi ilə İtaliyadan Latviyaya köçüb. Müğənni şəxsi bloqunda əri Maksim Qalkinin yumurta bişirməsini əks etdirən video yayımlayıb.

12 yaşlı Yelizaveta atasına kömək edib.

Səs yazısı Alla tərəfindən aparılıb.

O, çəkiliş zamanı əllərinin titrəməyə başladığını etiraf edib.

SİA-nın məlumatına görə, bu barədə passion.ru nəşri yazır.

...Bəli, hər ikisini də edirəm. Əllərim bəzən titrəyir, amma neyləyəsən, bu, həyatdır.

Deyəsən kövrəlir Alla Borisovna..?

Qeyd edək ki, son zamanlar internet istifadəçiləri müğənninin xarici görünüşündəki dəyişiklikləri aktiv şəkildə müzakirə edirlər. Çoxları Alla Puqaçovanın son fotolarında səhhətindəki problemləri gizlətdiyini düşünür, lakin o, bunu o qədər də uğurlu etmir.

Bundan əlavə, bəzi ekspertlər əmindirlər ki, sənətçinin mühacirət həyatından narazılığı səbəbindən ciddi psixoloji problemləri var.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə